Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların növbəti səyyar qəbulu Hamarkənd və Osnakəran kəndlərində keçirilib.

09 iyul 2025 | 13:29

09 iyul 2025-ci il tarixində Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Hamarkənd və Osnakəran kənd sakinləri ilə səyyar qəbul keçirib. Qəbulda RİHB-nın müavinləri, aparatın şöbə müdirləri, idarə, müəssisə  və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Səyyar qəbulda ilk öncə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.

Sonra sakinlərin müraciətlərinə baxılıb. Sakinlərin tərəfindən qaldırılan suallar yerində operativ cavablandırılıb, araşdırılması tələb olunan bəzi məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.

 

Keçidlər