Vətəndaşların növbəti səyyar qəbulu Horavar və Əvçədulan kəndlərində keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Yardımlı rayonunda səyyar vətəndaş qəbulları keçirilir. Horavar və Əvçədulan kəndlərində reallaşan növbəti səyyar qəbulda RİH başçısı Ayaz Əsgərov, müavinləri, aparatın şöbə müdirləri, idarə müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Səyyar qəbullarda ilk öncə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
RİH başçısı Ayaz Əsgərov Prezident cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan söz açaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirib, rayonda aparılan tikinti-quruculuq işlərindən, qarşıda duran vəzifələrdən danışıb.
Sonra sakinlərin müraciətlərinə baxılıb. Sakinlərin tərəfindən qaldırılan suallar yerində operativ cavablandırılıb, araşdırılması tələb olunan bəzi məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.