Vətəndaşların növbəti səyyar qəbulu Qaraqaya kəndində keçirilib.
Qaraqaya kənd tam orta məktəbində keçirilən qəbulda RİH başçısı Ayaz Əsgərov, RPŞ-nin rəisi, polkovnik Rauf Babaşov, RİHB-nın müavinləri, şöbə müdirləri, idarə müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Səyyar qəbulda ilk öncə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.