Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların növbəti səyyar qəbulu Şıxlar kəndində keçirilib.

17 mart 2023 | 16:18

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov növbəti səyyar qəbulunu Şıxlar kənd sakinləri ilə keçirib. Şıxlar kənd tam orta məktəbinin həyətində (açıq havada)  keçirilən səyyar qəbulda RİH başçısının müavinləri, şöbə müdirləri, idarə, müəssisə  və xidmət sahələrinin rəhbərləri iştirak edib.

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar qəbulda RİH başçısı Ayaz Əsgərov çıxış edərək işğaldan azad edilmiş ərazilərdə sürətli və kompleks şəkildə aparılan abadlıq-quruculuq işlərinin, həyata keçirilən infrastruktur layihələrinin ölkə başçımızın qətiyyətinin və iradəsinin təcəssümü olduğunu diqqətə çatdırıb.

RİH başçısı eyni zamanda rayonda aparılan abadlıq-quruculuq işləri haqqında məlumat verib, sonra sakinləri maraqlandıran məsələlər müzakirə olunub. Həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti təşkilatların rəhbərlərinə tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb. 

RİH başçısı Ayaz Əsgərov həmçinin Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az  platformasından istifadə etmələrini tövsiyə edib.

Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb. Əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri yüksək qiymətləndirən sakinlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

 

Keçidlər