Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların növbəti səyyar qəbulu Vərov və Jiy kəndlərində keçirilib.

17 sentyabr 2025 | 13:47

17 sentyabr 2025-ci il tarixində Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Vərov və Jiy kənd sakinləri ilə səyyar qəbul keçirib. Qəbulda RİHB-nın müavinləri, aparatın şöbə müdirləri, idarə, müəssisə  və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Səyyar qəbulda ilk öncə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Sonra sakinlərin müraciətlərinə baxılıb. Sakinlər tərəfindən qaldırılan suallar yerində operativ cavablandırılıb, araşdırılması tələb olunan bəzi məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.

Keçidlər