Vətəndaşlarla növbəti səyyar qəbul Anzov kəndində keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Yardımlı rayonunda səyyar vətəndaş qəbulları keçirilir. Anzov kəndində reallaşan növbəti səyyar qəbulda RİH başçısı Ayaz Əsgərov, müavinləri, şöbə müdirləri, idarə müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
RİH başçısı rayonda həyata keçirilən infrastruktur layihələri, görülən işləri və qarşıda duran vəzifələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra çıxış edən sakinlər rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək kəndin ümumi problemlərini, həmçinin onları narahat edən şəxsi məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər edərək həll edilməsində köməklik göstərilməsini xahiş ediblər.
Səyyar qəbulda sakinlərin söylədikləri istək və təkliflər həssaslıqla dinlənilib, qaldırılan məsələlər araşdırılaraq həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.