Vətəndaşlarla növbəti səyyar qəbul Separadi kəndində keçirilib.
Yardımlı rayonunda əhalinin problemlərinin öyrənilməsi və yerində həlli məqsədilə səyyar qəbullar davam etdirilir. Rayon İcra Hakimiyyətinin, xidmət sahələrinin, idarə, müəssisə, təşkilat rəhbərlərinin, sakinlərin, şəhid ailələrinin və qazilərin iştirakı ilə növbəti qəbul Separadi kəndində keçirilib.
Səyyar qəbulda əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Qəbulda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında ölkədə aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verib.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb və həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb. Əvvəlki qəbullar zamanı qaldırılan məsələlərin həlli ilə bağlı görülən işləri yüksək qiymətləndirən sakinlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.