Şriftin ölçüsü :

Saytın rəngi :

"Xilaskar ömrü" adlı tədbir.

06 may 0006 | 00:00
Yardımlı rayon Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş "Xilaskar ömrü" adlı növbəti tədbir təşkil olunub.
Tədbirdə Mərkəzin kollektivi ilə yanaşı Yardımlı rayon Şəfəqli kənd orta məktəbinin müəllim və şagirdləri iştirak edib.
Ulu öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildikdən sonra Yardımlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Aqil Ağayev və Elşən Abışov çıxış edərək dahi şəxsiyyət, Ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, Azərbaycanın sosial-iqtisadi inkişafında, eləcə də hüquqi dövlət quruculuğu sahəsində misilsiz xidmətlərindən danışıb.
Sonra "Dahi şəxsiyyət" filmi nümayiş olunub. Yekunda Ümummilli Liderin dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara, həmçinin "Heydər Əliyev və Mədəniyyət" sərgisinə baxış keçirilib.
Keçidlər