Yaponiyanın ölkəmizdəki səfiri Yardımlı rayonunda rəsmi səfərdə oldu.
11 avqust 2022 | 15:54
Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi avqustun 11-də Yardımlı rayonunda rəsmi səfərdə olmuş, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov ilə nəzakət görüşü keçirmişdir. Görüş zamanı Yaponiya ilə Yardımlı rayonu arasında iqtisadi əlaqələrin qurulması imkanları, “Ot kökləri və İnsan Təhlükəsizliyi” qrant proqramı layihələrinin həyata keçirilməsi barədə müzakirələr aparılmışdır.