Şriftin ölçüsü :

Saytın rəngi :

Yaralı hərbi qulluqçumuz evində ziyarət edildi.

05 oktyabr 2022 | 16:26

Oktyabrın 5-də Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov  Ermənistan silahlı qüvvələri tərəfindən sentyabrın 12-14-də dövlət sərhədində törədilən genişmiqyaslı təxribat zamanı yaralanmış Yardımlı rayonunun Zeynələzir kənddindən olan hərbi qulluqçumuz, əsgər İmanov Zeynal Ramiz oğlunu evində ziyarət etmiş, qurban kəsilmişdir.

RİH başçısı Azərbaycan gənclərində, torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu, xalqımızın Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdiyini qeyd etmişdir. “Dəmir yumruq” hərbi əməliyyatı zamanı Ordumuz düşmənin 30 ilə yaxın müddətdə qurduğu istehkamları, müdafiə xətlərini qəhrəmancasına yararaq irəlilədi. Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.

 Zeynal İmanovun ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər