Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayon Heydər Əliyev Mərkəzində rəsm sərgisi

27 aprel 2023 | 09:16
Yardımlı rayon Heydər Əliyev Mərkəzində Köryədi kənd ümumi orta məktəbinin 8-ci sinif şagirdi, Yardımlı rayon Heydər Əliyev Mərkəzinin rəsm dərnəyinin üzvü Kəmalə İbişlinin fərdi sərgisi təşkil olunub.
Sərgidə həvəskar rəssamın 60-a yaxın əsəri yer alıb. Çəkilən əsərlər içərisində portret janrı üstünlük təşkil edib və bu əsərlər vətənpərvərlik mövzusunu, Şuşada yerləşən abidələri, xalqımızın tanınmış simalarını özündə əks etdirib. Sərgidə həmçinin Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın da portretləri nümayiş olunub.
Sonda Kəmalə İbişliyə mərkəzdə təşkil olunan tədbirlərdə, sərgilərdə, həmçinin rəsm müsabiqələrində iştirakına görə Yardımlı rayon Heydər Əliyev Mərkəzi tərəfindən "Təşəkkürnamə" və hədiyyə təqdim edilib.
Keçidlər