Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Zəfərimizin Memarları“ adlı tədbir keçirilib.

24 sentyabr 2021 | 16:00

24 sentyabr 2021-ci il tarixində Yardımlı rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin, Gənclər və İdman İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr anım günü ilə bağlı  "Zəfərimizin Memarları” adlı tədbir keçirilmişdir.
Tədbirdə RİH Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rövşən Süleymanov, Heydər Əliyev Mərkəzinin əməkdaşları, Gənclər və İdman İdarəsinin əməkdaşları, GİKM-nin əməkdaşları və gənc könüllülər iştirak ediblər.  Öncə Müstəqilliyimizin memarı Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Alışov Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə sonlanmasının qürurverici hal olması, Azərbaycan ordusunun gücünün, qüdrətinin dünyaya səs salmasından danışmışdır.
Daha sonra çıxış edən Vətən müharibəsi iştirakçısı və RİH Başçısı aparatının şöbə müdiri Rövşən Süleymanov və iştirakçılar anım gününün mahiyyətindən, erməni vandalizminin  təkcə torpaqlarımıza deyil, insanlarımıza, Mədəniyyət abidələrimizə, sərvətlərimizə vurduğu maddi və mənəvi zərərlərdən, Vətən müharibəsində dövlət-ordu-xalq birliyinin necə yüksək vətənpərvərliklə nümayiş olunmasından söhbət açmışlar.

 

Keçidlər