Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı Rayon İcra Hakimiyyətində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda tədbir keçirilib.

19 aprel 2023 | 15:48

“Heydər Əliyev İli” ilə bağlı ölkə başçısının imzaladığı müvafiq Sərəncama uyğun olaraq təsdiq edilmiş tədbirlər planı çərçivəsində Yardımlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə RİH-də  “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin  Başçısı Ayaz Əsgərov, Milli Məclisin deputatı Musa Qasımlı, YAP Yardımlı rayon Təşkilatının sədri Anar Alışov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-müəssisə və təşkilatların əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri  Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov açaraq, Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. RİH başçısı qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalqın məhəbbətini qazanan öndər kimi əbədilik qazanıb. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib.

Sonra Milli Məclisin deputatı Musa Qasımlı çıxışında “Heydər Əliyev ili” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Musa Qasımlı qeyd edib ki,  Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunədir və unudulmaz tarixdir. Məhz Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxarmış, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirmişdir.

Çıxış edən natiqlər istər sovet dövründə, istərsə də müstəqillik illərində respublikaya rəhbərlik edən və ömrünü öz xalqına həsr edən Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğulayaraq, müasir və müstəqil Azərbaycan dövlətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf etdirildiyini qeyd ediblər.

Keçidlər