Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Jiy kəndində səyyar qəbul keçirib.

10 iyul 2024 | 13:28

Jiy kənd ibtidai məktəbində keçirilən qəbulda RİH başçısı Ayaz Əsgərov, müavinləri, şöbə müdirləri, idarə müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Səyyar qəbulda ilk öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

RİH başçısı Ayaz Əsgərov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, həmin işlərin fonunda bölgələrə göstərilən xüsusi diqqət və qayğıdan, eləcə də Yardımlı rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışıb.

Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.

Qəbul zamanı vətəndaşlar tərəfindən mavi yanacaqla təminat, artezian quyusunun qazılması, avtomobil yolunun təmiri və digər  məsələlər qaldırılmışdır.

Keçidlər