Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Şovut kəndində səyyar qəbul keçirib.
Şovut kənd ümumi orta məktəbinin həyətində (açıq havada) keçirilən qəbulda RİH başçısı Ayaz Əsgərov, müavinləri, şöbə müdirləri, idarə müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Səyyar qəbulda ilk öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
RİH başçısı Ayaz Əsgərov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, həmin işlərin fonunda bölgələrə göstərilən xüsusi diqqət və qayğıdan, eləcə də Yardımlı rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışıb.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb və həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.