Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı Rayon icra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Vətən müharibəsi iştirakçısı I qrup əlil Əfsər Ataxanlını ziyarət edib.

24 oktyabr 2022 | 16:48

RİH başçısı Ayaz Əsgərov Horonu kəndində yaşayan Vətən müharibəsi iştirakçısı, I qrup əlil Əfsər Ataxanlının yaşadığı  evdə olub və onun səhhəti ilə maraqlanıb. İcra başçısı ilə səmimi söhbəti zamanı qazimiz öz şərəfli döyüş yolundan danışıb. Cənab Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun qazandığı Zəfər münasibəti ilə, qazimizi təbrik edən icra başçısı onun  və ailəsinin problemləri ilə maraqlanıb, Şəhid ailələri və qazilərimizin cənab Prezidentimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıb.

Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsilə əlaqədar şəhid ailələrinə və yaralananların təminatına dəstək məqsədilə möhtərəm Prezident cənab ilham Əliyevin təşəbbüsü ilə yaradılmış “YAŞAT Fondu” tərəfindən Əfsər Ataxanlı Türkiyə respublikasında müalicə olunaraq ölkəmizə qayıdıb.

Vətən müharibəsi qazisi və valideynləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Əfsər Ataxanlı Müzəffər Ali Baş komandan, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə  “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”,  “Xocəvəndin azad olunmasına görə” və “Vətən meharibəsi iştirakçısı”  medalları ilə  təltif olunub.

Keçidlər