Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov vətəndaşların problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə Şıxhüseynli kəndində səyyar qəbul keçirib.

14 sentyabr 2022 | 16:07

Şıxhüseynli kənd  ümumi orta məktəbinin həyətində (açıq havada) keçirilən  səyyar qəbulda RİH başçısı Ayaz Əsgərov,  müavinləri, şöbə müdirləri,  idarə müəssisə  və xidmət sahələrinin rəhbərləri iştirak edib.

Əvvəlcə Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra kənd sakinləri rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək kəndin ümumi problemlərini, həmçinin onları nərahat edən şəxsi məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər ediblər.

Qəbulda sakinlər rabitə xətt təsərrüfatının yenilənməsi, kəndə təbii qaz xəttinin çəkilməsi və digər sosial problemlərlə bağlı müraciət ediblər. Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib. 

RİH başçısı Ayaz Əsgərov həmçinin vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə sakinlərin yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə biləcəklərini vurğulayıb.

Keçidlər