Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov Çay Üzü kəndində səyyar qəbul keçirib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması, onların operativ və obyektiv şəkildə araşdırılması ilə bağlı tapşırıqlarının icrasına uyğun olaraq Yardımlı Rayon İcra Hakimiyyəti başçısının oktyabr, noyabr və dekabr ayları üzrə rayonun bütün yaşayış məntəqələrini əhatə edən səyyar qəbul qrafiki təsdiq edilib. Qrafikə əsasən, cari ilin noyabr ayı ərzində rayon ərazisində ümumilikdə 15 səyyar görüşün keçirilməsi nəzərdə tutulub.
Təsdiq olunmuş qrafikə uyğun olaraq, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov 16 noyabr 2026-cı il tarixində Çay Üzü kəndində Çay Üzü, Avur, Dağ Üzü, Nisəqələ, Şiləvəngə, Gavran, Mamulğan və Ökü kəndlərinin sakinləri ilə görüşüb və vətəndaşların səyyar qəbulunu keçirib.
170 sakinin iştirak etdiyi qəbulda çıxış edən RİH başçısı Orxan Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətindən danışıb. O, vətəndaşların müraciətlərinin dinlənilməsinin, yaşayış məntəqələrində mövcud problemlərin öyrənilməsinin və həlli istiqamətində iş aparılmasının əhəmiyyətini vurğulayıb.
Qəbul zamanı vətəndaşların müraciətləri fərdi qaydada dinlənilib. Qaldırılan məsələlərin həlli istiqamətində yerində müzakirələr aparılıb, həlli mümkün olan müraciətlər dərhal öz həllini tapıb. Digər məsələlərin icrası ilə bağlı isə müvafiq qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilib. Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov qeyd edib ki, hər bir müraciət diqqətlə araşdırılacaq və onların həlli istiqamətində zəruri tədbirlər görüləcəkdir.
Kənd sakinləri yerlərdə keçirilən bu cür səyyar qəbullardan məmnunluqlarını ifadə edərək, vətəndaşlara göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.








