Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov Peştəsər kəndində səyyar qəbul keçirib

17 noyabr 2026 | 16:57

17 noyabr 2026-cı il tarixində Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov rayonun Peştəsər kəndində Peştəsər və Fındıqlıqışlaq kəndlərinin sakinləri ilə görüşərək vətəndaşların səyyar qəbulunu keçirib.

Səyyar qəbulda ilk öncə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

70 nəfərə yaxın sakinin iştirak etdiyi görüşdə çıxış edən RİH başçısı Orxan Məmmədov son illərdə Yardımlı rayonunun sosial-iqtisadi inkişafı və əhalini narahat edən problemlərin həlli istiqamətində görülən işlərdən bəhs edib. O, həmçinin ölkə rəhbərliyi tərəfindən vətəndaşların sosial rifah halının yaxşılaşdırılması məqsədilə həyata keçirilən sosial layihələr barədə sakinlərə ətraflı məlumat verib.

Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib. Qaldırılan bir sıra məsələlər yerindəcə araşdırılaraq operativ şəkildə həllini tapıb. Əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülərək icrası üçün aidiyyəti qurumlara yönləndirilib.

Görüş zamanı kənd sakinləri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Səyyar qəbul başa çatdıqdan sonra RİH başçısı Orxan Məmmədov torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən övladı Şahlar Yaşar oğlu Nəzərovun məzarını ziyarət edib, ruhuna dualar oxuyub.

 

Keçidlər