Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov şəhid məzarını və ailələrini ziyarət edib
18 noyabr 2026 | 19:09
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman vətən övladı şəhid Sultanlı Elşən Nazim oğlunun məzarını ziyarət edib. Ziyarət zamanı qəhrəmanımızın əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Daha sonra rayon rəhbəri şəhid Elşən Sultanlının ailəsinə baş çəkib, həmçinin Zevin kəndində şəhid Feyziyev Sadiq Tahir oğlunun ailəsini ziyarət edərək onların qayğı və problemləri ilə maraqlanıb.
Vətənimizin müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizə Uca Tanrıdan rəhmət, ailələrinə və yaxınlarına səbir diləyirik.








