Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov şəhid məzarlarını və ailələrini ziyarət edib

11 noyabr 2026 | 18:29
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman vətən övladları şəhid Mirzəyev Şamil Afiq oğlu və Mirzəyev Məharət Rəşid oğlunun məzarlarını ziyarət edib. Ziyarət zamanı qəhrəmanlarımızın əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb.
Daha sonra rayon rəhbəri şəhid Şamil Mirzəyevin ailəsinə baş çəkib, həmçinin Zevin kəndində şəhid Şirbəyli Siruz Hamil oğlunun ailəsini ziyarət edərək onların qayğı və problemləri ilə maraqlanıb.
Vətənimizin müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizə Uca Tanrıdan rəhmət, ailələrinə və yaxınlarına səbir diləyirik.
Keçidlər