Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov şəhid məzarlarını ziyarət edib
06 noyabr 2026 | 15:11
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman vətən övladları şəhid Rufullayev Rasim Yadigar oğlu, Feyziyev Sadiq Tahir oğlu və Şirbəyli Siruz Hamil oğlunun məzarlarını ziyarət edib.
Ziyarət zamanı qəhrəmanlarımızın əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb. Vətənimizin müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizə Uca Tanrıdan rəhmət, ailələrinə və yaxınlarına səbir diləyirik.








