Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov şəhid məzarlarını ziyarət edib
07 noyabr 2026 | 14:48
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman vətən övladları şəhid Aslanov Tural Elşan oğlu və Cəbiyev Nizami Hüseyin oğlunun məzarlarını ziyarət edib.
Ziyarət zamanı qəhrəmanlarımızın əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb. Vətənimizin müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizə Uca Tanrıdan rəhmət, ailələrinə və yaxınlarına səbir diləyirik.








