Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

26 oktyabr 2026 | 14:02

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, üzərinə gül dəstələri düzərək uca xatirəsini böyük ehtiramla yad edib.

Heydər Əliyev Mərkəzində olan icra başçısı Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotostendlərə baxış keçirib. Orxan Məmmədov bildirib ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin dərindən öyrənilməsi və gələcək nəsillərə ötürülməsi, həmçinin dahi rəhbərin ideyaları bundan sonra da Azərbaycanın davamlı uğurlarının əsası olacaqdır.

Həmçinin vurğulanıb ki, rayona gələn yerli və xarici turistlərin Heydər Əliyev Mərkəzini ziyarət etməsi bir daha Ulu Öndərin zəngin və çoxşaxəli irsinin xalqımızın milli sərvəti olduğunun sübutudur.

 

Keçidlər