Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov Yolocaq kəndində səyyar qəbul keçirib

20 noyabr 2026 | 15:59

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması, onların operativ və obyektiv şəkildə araşdırılması ilə bağlı tapşırıqlarının icrasına uyğun olaraq, Yardımlı Rayon İcra Hakimiyyəti başçısının oktyabr, noyabr və dekabr ayları üzrə rayonun bütün yaşayış məntəqələrini əhatə edən səyyar qəbul qrafiki təsdiq edilib. Qrafikə əsasən, cari ilin noyabr ayı ərzində rayon ərazisində ümumilikdə 15 səyyar görüşün keçirilməsi nəzərdə tutulub.

Təsdiq olunmuş qrafikə uyğun olaraq, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov 20 noyabr 2026-cı il tarixində Yolocaq kəndində Yolocaq, Horonu, Separadi və Teşkan kəndlərinin sakinləri ilə görüşərək vətəndaşların səyyar qəbulunu keçirib.

100 sakinin iştirak etdiyi qəbulda çıxış edən RİH başçısı Orxan Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətindən bəhs edib. O, vətəndaş müraciətlərinin yerində dinlənilməsinin, yaşayış məntəqələrində mövcud problemlərin operativ öyrənilməsinin və onların həlli istiqamətində sistemli iş aparılmasının əhəmiyyətini vurğulayıb.

Qəbulda vətəndaşların müraciətləri fərdi qaydada dinlənilib. Qaldırılan məsələlərin həlli istiqamətində yerində müzakirələr aparılıb, icrası mümkün olan müraciətlər dərhal həllini tapıb. Araşdırılması tələb olunan digər məsələlərin həlli ilə bağlı isə aidiyyəti qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. RİH başçısı Orxan Məmmədov hər bir müraciətin nəzarətdə saxlanılacağını və zəruri tədbirlərin görüləcəyini bildirib.

Kənd sakinləri yerlərdə keçirilən bu cür səyyar qəbullardan məmnunluqlarını ifadə edərək, vətəndaşlara göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Səyyar qəbul başa çatdıqdan sonra RİH başçısı Orxan Məmmədov torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən övladı Heydərov Heydər Zabit oğlunun məzarını ziyarət edib.

Keçidlər