Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı şəhid məzarlarını ziyarət edib
05 noyabr 2026 | 17:22
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman vətən övladları şəhid Talıbov Elməddin Məmməd oğlu və Zamanov Mehman Təvəkkül oğlunun məzarlarını ziyarət edib.
Ziyarət zamanı qəhrəmanlarımızın əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb. Vətənimizin müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizə Uca Tanrıdan rəhmət, ailələrinə və yaxınlarına səbir diləyirik.








