Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı taxıl biçini aparılan sahələrə baxış keçirib.

08 iyul 2026 | 17:24

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov taxıl biçininin gedişatı ilə yerində tanış olub.

Sahələrdə iş prosesini izləyən rayon rəhbəri, biçini aparan texnika heyəti və əkin sahibləri ilə görüşərək cari məhsuldarlıqla maraqlanıb. Söhbət zamanı çətin dağlıq relyef şəraitində məhsulun itkisiz yığılması və yanğın təhlükəsizliyi qaydalarına tam əməl olunması vurğulanıb.

İcra başçısı biçin kampaniyasının qısa müddətdə başa çatdırılması üçün aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib.

Keçidlər