Yardımlı Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim olunub.
23 oktyabr 2026 | 20:46
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Orxan Məmmədov oktyabrın 23-də kollektivə təqdim edilib.
Təqdimat mərasimində Prezidentin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev, Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Zeynal Nağdəliyev dövlət başçısının tapşırıq və tövsiyələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra çıxış edən Orxan Məmmədov ona göstərilən böyük etimada görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirib.








