Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayon sakinləri Türkiyədə zəlzələdən zərərçəkmiş şəxslərə humanitar yardım kampaniyasına qoşulub.

11 fevral 2023 | 08:59

Qardaş Türkiyədə 6 fevralda baş vermiş güclü zəlzələdən əziyyət çəkən bacı və qardaşlarımıza çətin gündə dəstək olmaq məqsədilə respublikamızın bütün bölgələrində, o cümlədən Yardımlı rayonunda da könüllü aksiyalara başlanılıb. Rayon sakinləri və könüllülər insanların gündəlik istifadəsi üçün lazım olan ləvazimatlar, qida, qış geyimləri və soyuq hava şəraitində istifadə olunan digər ləvazimatlar toplayıblar. Toplanmış yardımlar TIR-lar vasitəsilə Bakı şəhərindən Türkiyəyə yola salınıb.

Eyni zamanda Yardımlı Rayon İcra Hakimiyyəti də can Türkiyəmizin yanında olduğunu nümayiş etdirərək, zəlzələ nəticəsində zərərçəkənlərə göstərilən humanitar yardım kampaniyasına qoşulub. Bu gün Yardımlı RİH tərəfindən humanitar yardım Türkiyə Respublikasına göndərilməsi üçün yola salınmışdır.

Hər zaman sevincimizə sevinib, kədərimizə kədərlənən, dar gündə köməyini bizdən əsirgəməyən, dilimiz, dinimiz bir olan bacı və qardaşlarımızın çətin anlarında yanlarında olmaq, birlik, həmrəylik nümayiş etdirmək hər birimizin mənəvi borcudur.

Yardımlı sakinləri zəlzələdə həyatlarını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa, türk xalqına səbr diləyir.

Keçidlər