Yardımlı rayonunda 2 iyul Polis işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.
Yardımlı rayonunda Azərbaycan polisinin yaranmasının 106 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, polis şöbəsinin şəxsi heyəti və polis veteranları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Yardımlı Rayon Polis şöbəsində davam edən tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, habelə respublikamızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış və xidməti vəzifələri yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi yad olunub, Dövlət Himni səsləndirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən Yardımlı Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Rauf Babaşov polisin keçdiyi şərəfli yoldan danışaraq şəxsi heyəti bayram münasibətilə təbrik edib.
Sonra RİH başçısı Ayaz Əsgərov çıxış edərək polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunub saxlanılmasında polis əməkdaşlarının müstəsna xidmətləri olduğunu vurğulayaraq, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.
Tədbirin sonunda xidməti vəzifəsində fərqlənən bir qrup polis əməkdaşına fəxri fərman və digər mükafatlar təqdim olunub.