Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda 20 Yanvar faciəsi qurbanlarının 36–cı ildönümü dərin ehtiramla yad edilib.

20 yanvar 2026 | 12:46

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, YAP Yardımlı Rayon Təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisi, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək önünə tər çiçəklər düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı zamanı ölkəmizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb. RİH başçısı bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə dövlət səviyyəsində obyektiv siyasi və hüquqi qiymət verilib, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb və 20 Yanvar tarixi Ümumxalq Hüzn Günü elan edilib. RİH başçsı həmçinin diqqətə çatdırıb ki, Prezident cənab İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinin daim uca tutulmasına, onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi həssaslıqla yanaşılır və bu istiqamətdə ardıcıl dövlət siyasəti həyata keçirilir.

Gün ərzində rayon sakinləri tərəfindən Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edilib, önünə tər gül-çiçək dəstələri düzərək sonsuz ehtiramlarını bildiriblər.

20 Yanvar faciəsi ilə əlaqədar saat 12:00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Keçidlər