Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

07 mart 2024 | 12:13

Martın 7-də Yardımlı Rayon İcra Hakimiyyətinin, Təhsil, Mədəniyyət və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının rayon nümayəndələrinin birgə təşkilatçılığı ilə 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilmişdir.

Tədbirdə RİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova bütün qadınları bayram münasibətilə təbrik etmiş, onlara xoş arzularını çatdırmış, gələcək fəaliyyətlərində uğurlar diləmişdir. Diqqətə çatdırılıb ki, ölkəmizdə ictimai həyatın bütün sahələrində qadınların rolu ildən-ilə daha da artır, ictimai, sosial-iqtisadi, mədəni, mənəvi sahələrdə qadınlar fəal iştirak edirlər.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştiraklarına görə fərqlənən qadınlara hədiyyələr təqdim olunmuşdur.

Keçidlər