Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

16 oktyabr 2026 | 09:35
16 oktyabr 2026-cı il tarixində Yardımlı rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə Yardımlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, RİH başçısı səlahiyyətlərini icra edən Azər Xamiyev, YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, ümumtəhsil məktəblərinin direktorları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib.
Müşavirəni giriş sözü ilə açan Azər Xamiyev Prezident cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqinin tarixi əhəmiyyətindən danışıb. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın siyasi, iqtisadi və sosial sahələrdə əldə etdiyi nailiyyətlərin əsasını təşkil edir. Ölkəmizdə təmin olunmuş sabitlik, milli birlik və həmrəylik qarşıya qoyulan strateji hədəflərin reallaşdırılması üçün möhkəm zəmin yaradır. Natiq vurğulayıb ki, dövlət başçısının qurultaydakı nitqindən irəli gələn vəzifələrin vaxtında yerinə yetirilməsi, dövlət siyasətinin ardıcıl həyata keçirilməsi, vətəndaş məmnunluğunun təmin olunması və sosial-iqtisadi inkişafın sürətləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Daha sonra çıxış edən Yardımlı Rayon Ağsaqqallar Şurasının sədri Etibar Əməşov vurğulayıb: "Ağsaqqallarımız hər zaman dövlətçilik ideyalarına, Ulu Öndər Heydər Əliyev irsinə sadiq qalıblar. Bu gün Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşən cəmiyyətimiz Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə böyük tarixi qələbələrə imza atır. Partiyanın VIII Qurultayı xalqımızın həmrəyliyinin və gələcəyə olan böyük inamının daha bir təzahürüdür."
Şəhid ataları Ədalət Qarayev və Vaqif Zeynalov çıxışlarında şəhid ailələrinə göstərilən qayğını yüksək qiymətləndiriblər: "Şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərilən ali diqqət dövlətimizin və Yeni Azərbaycan Partiyasının fəaliyyətinin mərkəzində dayanır. Biz şəhid valideynləri olaraq Müzəffər Ali Baş Komandanımızla, şanlı ordumuzla və dövlətimizlə qürur duyuruq."
Yardımlı rayonu üzrə təhsil sektorunun müdiri Kamal Təhməzov çıxışında bildirib: "Ulu Öndər Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğı bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təhsil işçiləri olaraq biz Vətənə, dövlətre sadiq, yüksək bilikli və milli ruhlu gənclər yetişdirməklə partiyanın və dövlətimizin qarşıya qoyduğu məqsədlərə töhfə verməkdən qürur duyuruq."
Yardımlı rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi, direktor vəzifəsini icra edən Zeynəb Məmişzadə öz nitqində Ümummilli Liderin irsinin əhəmiyyətinə toxunub: "Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması hər birimizin müqəddəs borcudur. VIII Qurultay dahi rəhbərin dövlətçilik təliminin gələcəyə inamla daşınması üçün yeni bir çağırışdır."
Yardımlı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Şahlar Əliyev çıxış edərək aqrar islahatlardan bəhs edib: "Dövlətimizin aqrar sektora göstərdiyi hərtərəfli diqqət regional inkişafın, eləcə də kənd təsərrüfatının dayanıqlı yüksəlişinin əsas təminatçısıdır. Yeni Azərbaycan Partiyasının reallaşdırdığı strateji xətt fermerlərimizin və kənd zəhmətkeşlərinin rifahının daha da yüksəlməsinə xidmət edir. Partiyanın VIII Qurultayı bütün sahələrdə olduğu kimi, aqrar sahənin də yeni inkişaf mərhələsinə qədəm qoymasına töhfə verəcəkdir."
Əməkdar müəllim Heybət Qədirov öz nitqində ziyalıların rolunu ifadə edib: "Yeni Azərbaycan Partiyasının sıralarında olmaq hər bir ziyalı üçün şərəfdir. Partiyanın keçdiyi zəngin yol ölkəmizin mədəni, elmi və ictimai tərəqqisinə təkan verən ən mühüm amillərdən biridir."
Keçidlər