Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda demoqrafik vəziyyət

09 mart 2023 | 16:28

Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən 2019-cu ildə Azərbaycanda keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı Yardımlı rayonunda 2023-cü il yanvar ayının 1-i vəziyyətinə 67657 nəfər təşkil etmişdir. Bütün əhalidən 7198 nəfəri və ya 10,6 faizi şəhər yeri üzrə, 60459 nəfəri və ya 89,4 faizi isə kənd yeri üzrə yaşayanlardır. Ümumi əhalinin 33806 nəfəri və ya 49,97 faizi kişilərdən, 33851 nəfəri və ya  50,03 faizi qadınlardan ibarətdir. Rayon üzrə bir kvadrat kilometrə düşən əhalinin sayı 101 nəfərdir. 2022-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 1296 doğulan körpə (əhalinin hər 1000 nəfərinə 19,2), 301 ölüm (əhalinin hər 1000 nəfərinə 4,5), 557 nikah (əhalinin hər 1000 nəfərinə 8,3), 43 boşanma halı (əhalinin hər 1000 nəfərinə 0,6) qeydə alınmış, təbii artımın səviyyəsi 995 nəfər  (əhalinin hər 1000 nəfərinə 14,7), miqrasiya saldosu mənfi 463 olmuşdur.

Keçidlər