Yardımlı rayonunda Dövlət Proqramının icrasından irəli gələn vəzifələr müzakirə olunub
25 avqust 2026-cı il tarixdə Yardımlı Rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar qarşıya qoyulmuş vəzifələrə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Yardımlı RİH Başçısının birinci müavini Azər Xamiyev, RİH Başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Miramil Səmədli, Yardımlı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Şahlar Əliyev və RİH başçısının iəd üzrə nümayəndələri iştirak ediblər.
Tədbirdə Dövlət Proqramının Yardımlı rayonunda icrası ilə bağlı görüləcək işlər geniş müzakirə olunmuş, qarşıya qoyulan vəzifələr, məqsəd və hədəflər diqqətə çatdırılmışdır. Eyni zamanda, aidiyyəti üzrə məsul şəxslərə müvafiq tövsiyə və tapşırıqlar verilmişdir.








