Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda əsaslı şəkildə yenidən qurulan Şəhidlər xiyabanının açılışı olub.

05 noyabr 2022 | 15:06

Yardımlı rayonunda əsaslı şəkildə yenidən qurulan Şəhidlər xiyabanının açılışı olub. Bu münasibətlə keçirilən tədbirdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisi, aparatın məsul əməkdaşları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycanın bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhid olan hərbçilərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxış edərək Azərbaycanda şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıb. Qeyd edilib ki, qəhrəman hərbçilərimizin, şəhidlərimizin keçdiyi şərəfli həyat yolu gənc nəsillər üçün örnəkdir və onların təbliği hər an aparılmalıdır.

Daha sonra çıxış edən şəhid ataları şəhidlərin xatirəsinin daim əziz tutulmasına, həmçinin Şəhidlər xiyabanının əsaslı şəkildə yenidən qurulmasına görə dövlətimizin başçısı cənab İlham Əliyevə şəhid ailələri adından minnətdarlıqlarını bildiriblər.

Keçidlər