Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda hər 1000 nəfərə 53 minik avtomobili düşür.

08 fevral 2023 | 12:23

    Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən, 2023-cü ilin əvvəlinə Yardımlı rayonunda 4225 avtomobil istismarda olmuş, onlardan 2338 ədədi texniki baxışdan keçmişdir. Nəqliyyat vasitələrindən 44 ədədi dövlət mülkiyyətinə, 56 ədədi isə xüsusi mülkiyyətə aid olmaqla cəmi 100 ədədi hüquqi şəxslərin, 4125 ədədi isə fiziki şəxslərin istifadəsindədir. Avtomobillərin ümumi sayından 3689 ədədi minik, 476 ədədi yük, 23 ədədi xüsusi təyinatlı, 35 ədədi sərnişin avtobusu, qalanı isə digər növ nəqliyyat vasitələridir.

    Rayonda mövcud olan minik avtomobillərinin istifadə etdiyi yanacağın növlərinə görə sayına nəzər saldıqda onlardan 346 ədədi dizel, 16 ədədi hibrid, 23 ədədi qaz, qalanı isə benzin sərfiyatlı nəqliyyat vasitələri növünə aiddir.

    2023-cü ilin əvvəlinə rayonda müxtəlif markadan olan avtonəqliyyat vasitələrinin ümumi sayında ötən ilə nisbətən 389 ədəd artım qeydə alınmış, 6 nəqliyyat vasitəsi  isə istismara yararsız olduğu üçün silinmişdir.

       Hazırda rayonda hər 1000 nəfərə  53  minik avtomobili düşür.

Keçidlər