Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda “Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” adlı konfrans keçirilib.

25 may 2023 | 15:37

Yardımlı rayonunda “Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” adlı konfrans keçirilib.

Konfransda Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov, rayon ziyalıları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Konfransda Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə keçirilən tədbirlər haqqında iştirakçılara məlumat verib, Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısında xidmətlərindən danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev böyük qətiyyəti, siyasi iradəsi ilə xilaskarlıq missiyasını yerinə yetirdi, yeni, müasir Azərbaycanı qurdu. Onun sayəsində Azərbaycan parçalanmaqdan, bir dövlət kimi yox olmaq təhlükəsindən xilas oldu. Güclü və qüdrətli Azərbaycanın gələcək nailiyyətləri məhz Ulu Öndərin adı ilə bağlıdır. Bu gün biz qalib xalq kimi bir daha fəxr edirik ki, azərbaycanlıyıq. Hər birimiz Ulu Öndərin ruhu qarşısında baş əyir, onun xatirəsini daima uca tuturuq. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasət bizi daha da qüdrətli və yenilməz bir dövlətə çevirir.

YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov vurğulayıb ki, Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və elə bütün bunlara görə Azərbaycan xalqının da xoşbəxtliyi ondadır ki, məhz 1993-cü ilin iyununda ölkə rəhbərliyinə yenidən dünya şöhrətli siyasətçi, dünyəvi və hüquqi dövlət quruculuğu sahəsində zəngin biliyə, böyük dövlətçilik təcrübəsinə malik, hadisələri qabaqcadan görməyi və qətiyyətlə adekvat tədbirlər həyata keçirməyi bacaran bir şəxsiyyət gəldi.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Azərbaycan xalqı və dövləti var olduğu müddətdə əvəzedilməz şəxsiyyət olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi də xalqımızın qəlbində var olacaq, daim hörmətlə anılacaqdır.

Keçidlər