Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda iməcilik keçirildi.

28 mart 2023 | 14:14

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar respubikamızın hər yerində olduğu kimi, Yardımlı rayonunda da silsilə tədbirlər keçirilir.

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 28 mart 2023-cü il tarixində rayon ərazisində Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr olunmuş ümumrayon iməciliyi keçirilib. 

İməciliydə idarə, müəssisə, təşkilatların kollektivləri və  sakinlər böyük həvəslə iştirak ediblər.  İməcilik zamanı, ərazilərdə təmizlik işləri aparılıb, ağaclar əhənglənərək suvarılıb, səliqə-səhman yaradılıb və mövcud yaşıllıqlara qulluq göstərilmişdir.

Keçidlər