Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrası və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilmişdir

17 aprel 2023 | 11:56

Tədbirdə RİH Başçısının birinci müavini, korrupsiyaya qarşı mübarizə üzrə rayon komissiyasının sədri Azər Xamiyev, Yardımlı Rayon Prokurorunun köməkçisi Kənan Dadaşov, Yardımlı Rayon İcra Hakimiyyəti yanında ictimai şuranın sədri Azər Əkbərov, Aparatın şöbə müdirləri, bələdiyyə sədrləri, təhsil, səhiyyə və mədəniyyət idarələrinin əməkdaşları iştirak ediblər.

Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, korrupsiyaya qarşı mübarizə üzrə rayon komissiyasının sədri Azər Xamiyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradır. A.Xamiyev korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin mütəmadi xarakter almasını, ictimai müzakirələrin təşkil edilməsinin, korrupsiya hüquqpozmaları ilə bağlı videoçarxların və bukletlərin hazırlanaraq əhali arasında yayılmasının, dövlətə və bələdiyyəyə məxsus hüquqi şəxslərin, büdcə təşkilatlarının, eləcə də tibb və təhsil işçiləri arasında antikorrupsiya davranış modelinin formalaşdırılmasının vacib olduğunu vurğulayaraq qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi və zəruri tədbirlərin davam etdirilməsini bildirmişdir.

Yardımlı Rayon Prokurorunun köməkçisi Kənan Dadaşov və Yardımlı Rayon İcra Hakimiyyəti yanında ictimai şuranın sədri Azər Əkbərov çıxışında korrupsiya və rüşvətxorluq hallarının qarşısının alınması, korrupsiyaya qarşı rayon komissiyasının əlaqədar qurumlar və yerli özünüidarəetmə orqanları ilə birlikdə il ərzində təhsil, səhiyyə, mədəniyyət müəssisələrində və idarələrdə antikorrupsiya davranış modelinin formalaşması, rüşvətxorluq hallarına qarşı maarifləndirmə tədbirlərinin keçirilməsi, əhali arasında korrupsiya hüquqpozmaları ilə bağlı ictimai müzakirələrin aparılması, korrupsiya hüquqpozmaları ilə bağlı videoçarxların və bukletlərin hazırlanaraq əhali arasında geniş yayılmasının təşviq edilməsi barədə iştirakçılara məlumat vermişdir.

Qeyd edilib ki, həyata keçirilən məqsədyönlü və qətiyyətli fəaliyyətin tərkib hissəsi kimi, şəffaflığın artırılmasına, dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlərin keyfiyyət etibarilə yaxşılaşdırılmasına, ictimai nəzarətin təşkilində və korrupsiyanın ifşa edilməsində vətəndaş məmnunluğunun həyata keçirilməsinə diqqət artırılmalıdır.

Sonda müəssisələrin rəhbər və əməkdaşlarına bu istiqamətdə işlərində diqqətli olmaları və şəffaf fəaliyyətə üstünlük vermələri tapşırılıb.

Keçidlər