Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda Novruz bayramı münasibətilə tədbir keçirilib

18 mart 2024 | 15:07

Novruz qədimdən bizim günlərə qədər yaşadılan ən gözəl və əziz bayramlarımızdan biridir. Birlik, bərabərlik, qardaşlıq bayramı olan Novruz Yardımlı rayonunda da təmtəraqla və özünəməxsus gözəlliklə qeyd olunub.

Martın 18-də Yardımlı rayonunda təşkil olunan bayram tədbirində Novruz tonqalı yandırılıb. Xalqımızın ən sevimli bayramlarından olan Novruzun gəlişi rayon sakinlərində xoş əhval-ruhiyyə yaradıb.

Tədbir iştirakçıları milli adətlərimizi, baharın gəlişini və Novruz ənənələrini əks etdirən sərgilərlə tanış olublar. Rayonun idmançıları öz məharətlərini nümayiş etdirmiş, daha sonra Dədə Qorqud və Bahar qızı tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Novruzun əsas atributlarından olan Kosa və Keçəlin çıxışı maraqla qarşılanıb.

Uşaq bağçasının balaca fidanlarının və kənd bədii özfəaliyyət kollektivlərinin çıxışları da tədbirə əlavə rəng qatıb. Tədbir incəsənət ustalarının konsert proqramı ilə davam edib.

Keçidlər