Yardımlı rayonunda payızlıq səpin işlərinə başlanılıb.
Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən 01 oktyabr tarixinə payızlıq əkinləri üçün 402,5 hektar sahədə şum qaldırılmışdır. Bu göstərici 2025-ci ilin müvafiq dövründə qeydə alınmış 640,0 hektarla müqayisədə 37,1 faiz azdır və əvvəlki ilin müvafiq dövrünün 62,9 faizini təşkil etmişdir. 2026-cı ilin qeyd olunan tarixinə olan məlumatlara əsasən dən və yaşıl yem üçün ümumilikdə 45,0 hektar sahədə payızlıq bitkilər səpilmişdir. Əvvəlki ilin müvafiq dövründə bu göstərici 114,0 hektar olmuşdur. Səpilmiş payızlıq bitkilərin hamısı dən üçün nəzərdə tutulmuşdur. Dənlik payızlıq bitkilərin ümumi əkin sahəsinin 44,0 hektarını buğda, 1,0 hektarını isə arpa təşkil etmişdir. Buğda üzrə səpin sahəsi 2025-ci ilin müvafiq dövründəki 108,0 hektarla müqayisədə 59,3 faiz, arpa üzrə isə 6,0 hektardan 1,0 hektara düşməklə 83,3 faiz azalmışdır.
Hesabat dövründə quraqlıqla əlaqədar həm payızlıq əkinlər üçün torpağın hazırlanması, həm də payızlıq bitkilərin səpini üzrə göstəricilərdə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə azalma müşahidə olunmuşdur.
Son günlər müşahidə olunan əlverişli hava şəraitinin payızlıq əkinlər üçün torpağın hazırlanması və səpin işlərinin sürətləndirilməsinə imkan yaradacağı gözlənilir.








