Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda Polis Günü qeyd edildi.

02 iyul 2026 | 11:56

Yardımlı rayonunda 2 iyul Polis işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, polis şöbəsinin şəxsi heyəti və polis veteranları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Yardımlı Rayon Polis şöbəsində davam edən tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Yardımlı Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Rauf Babaşov 02 iyul – Polis işçilərinin peşə bayramı münasibətilə bütün polis işçilərini təbrik edib.

Sonra RİH başçısı Ayaz Əsgərov çıxış edərək polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunub saxlanılmasında polis əməkdaşlarının müstəsna xidmətləri olduğunu vurğulayaraq, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.

Tədbirin sonunda xidməti vəzifəsində fərqlənən bir qrup polis əməkdaşına təşəkkürnamə və digər mükafatlar təqdim olunub.

Keçidlər