Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda qanvermə aksiyası keçirilib

28 iyun 2022 | 14:55

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olan talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək məqsədilə Milli Hematologiya və Transfiziologiya Mərkəzinin təşəbbüsü və Yardımlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yardımlı rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib. Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədilə keçirilən aksiyada qan vermək istəyən könüllü donorları Milli Hematologiya və Transfiziologiya Mərkəzinin və mərkəzi rayon xəstəxanasının həkim personalı müayinə etdikdən sonra qanvermə aksiyasına başlanılıb. Gün ərzində davam edən aksiya çərçivəsində yüzə yaxın könüllü donordan qan götürülüb. Yığılan yeni qan ehtiyatı təkrar yoxlanıldıqdan sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaqdır.

Keçidlər