Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda taxıl biçininə başlanılmışdır.

03 iyul 2024 | 15:49

Artıq bir neçə gündür ki, Yardımlıda taxıl biçini kampaniyasına start verilmişdir. İlkin mərhələdə biçinin nisbətən dağətəyi ərazilərdə, arpa sahələrində aparılacağı nəzərdə tutulur. Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən 2024-cü ilin məhsulu üçün rayonda ümumilikdə 3948 hektar sahədə taxıl əkini aparılıb. Bunun 3479 hektarı buğda, 402 hektarı arpa, 67 hektarı isə vələmir sahəsidir. Son operativ məlumatlara görə indiyədək rayonda 200 hektar buğda, 50 hektar arpa, 35 hektar vələmir sahəsi olmaqla cəmi 285 hektar ərazidə  biçin işləri aparılıb. Məhsulun yığılması, daşınması və saxlanması dövründə yanğın hadisələrinin baş verməməsi üçün təsərrüfatlarda lazımi təhlükəsizlik tədbirləri görülüb, təsərrüfat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Hazırda biçin işləri davam etdirilir.

Keçidlər