Yardımlı rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü ilə bağlı tədbir keçirilib.
Yardımlı rayonunda görkəmli dövlət xadimi, Azərbaycanın böyük oğlu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü təntənəli şəkildə qeyd edilib. Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri ilk öncə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev mərkəzində dahi şəxsiyyətin dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar. Daha sonra Ümummilli Liderimizin anadan olmasının 99-cu il ildönümünə həsr olunmuş konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra Heydər Əliyevin öz Vətəni, xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıblar. Vurğulanıb ki, bu gün regionun qüdrətli bir dövlətinə çevrilən Azərbaycan Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə işıqlı sabaha doğru inamla irəliləyir.
Yeni Azərbaycan Partiyası Yardımlı Rayon Təşkilatının sədri Anar Alışov və digər çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolundan, çoxşaxəli siyasi fəaliyyətindən və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətindəki misilsiz xidmətlərindən danışıblar.