Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi təntənə ilə qeyd olunub.

10 may 2023 | 14:21

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Yardımlı rayon Mədəniyyət Mərkəzində təntənəli rəsmi yığıncaq keçirilib.

Tədbirdə RİH başçısı Ayaz Əsgərov, Milli Məclisin deputatı Musa Qasımlı, YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və əməkdaşları, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə ediblər. 

Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotolara və eksponatlara baxış keçirilib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxardan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələr barədə geniş məruzə ilə çıxış edib.

RİH başçısı qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri bu gün Azərbaycanı möhkəm və qüdrətli bir dövlətə çevirib. Onun əsasını qoyduğu müstəqil dövlətçilik siyasəti bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Sonda dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən “Əsrin adamı” sənədli film nümayiş olunub.

Keçidlər