Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi.

24 fevral 2023 | 17:06

Tədbirdə RİH Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, aparatın şöbə müdirləri, Rayon Təhsil sektorunun aparıcı məsləhətçisi İman Sadiyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Şəhriyar Şabiyev, Şəhər 1 nömrəli tam orta məktəbin müəllim kollektivi və gənclər iştirak edib.

Əvvəlcə Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

RİH başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova Azərbaycan tarixində ən qanlı hadisələrdən olan Xocalı soyqırımının ağır nəticələrindən bəhs edərək, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini bildirib. Ə.Məmmədova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həm hüquqi müstəvidə, həm də Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində davam etdirilən işləri vurğulayıb, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gərgin fəaliyyəti, zəhməti nəticəsində haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərildiyini söyləyib.

Çıxış edənlər Azərbaycan xalqının başına gətirilən bu soyqırımı hadisələrinə yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verildiyini xüsusi vurğulamışlar. Bu kütləvi və amansız qırğın faktlarının təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlməsi və bu hadisələrin bəşər tarixində qara ləkə olması qeyd edilmişdir. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi sayəsində xalqımız Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib xalq kimi yad edir. Bu gün bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb.

Keçidlər