Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr, olunmuş dəyirmi masa keçirilib.

05 aprel 2024 | 10:13
Dəyirmi masada Yardımlı RİH başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, aparatın əməkdaşları və ərazi nümayəndələri iştirak ediblər.
Yardımlı RİH başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətindən, Sərəncamda Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetlərindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsindən və həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılmasından geniş və ətraflı məlumat verib.
Qeyd edilib ki, bu Sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir. Digər tərəfdən ölkəmizdə 2024-cü il ərzində bu sahədə fəaliyyətimizi genişləndirəcəyimizə və ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin xeyli dərəcədə intensivləşəcəyinə bir çağırışdır.
Keçidlər