Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda “Zəfər Günü”nün 5 illiyinə həsr olunmuş ümumrayon tədbiri keçirilib.

08 noyabr 2025 | 12:39

Yardımlı rayonunda 8 noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Yardımlı Rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov, YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov, hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın əməkdaşları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə, müəssisə, təşkilatların kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov tədbir iştirakçılarını salamlayaraq, Vətən müharibəsindən, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharətindən, əsgər və zabitlərimizin qəhrəmanlıqlarından söz açıb, parlaq Zəfərin əhəmiyyətindən danışıb. Qeyd etmişdir ki, 8 noyabr Azərbaycan tarixinin qızıl səhifəsi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq dastanıdır. 44 günlük haqq savaşında Azərbaycan xalqının sarsılmaz birliyi, Azərbaycan Prezidentinin dəmir iradəsi və Azərbaycan Ordusunun yenilməz gücü qarşısında düşmən diz çökərək təslim oldu. Xalqımızın 30 illik həsrətinə son qoyuldu. Respublikamızın ərazi bütövlüyü bərpa olundu. Şəhidlərimizin qisası alındı. Bu gün xalqımız böyük qələbənin xoşbəxtliyini və sevincini yaşayır.

Zəfər bayramı münasibətilə təşkil olunan tədbirdə çıxış edən Şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları və başqaları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti, şanlı Azərbaycan Ordusunun rəşadəti nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu qeyd edərək, Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşdiyini vurğulayıblar.

Daha sonra tədbir möhtəşəm konsert proqramı ilə davam etdirilib.

Keçidlər